2013-cü il iyulun 11-i Azərbaycan futbolu tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 19 ildir avrokuboklarda çıxış edən komandalarımız indiyədək heç vaxt bu tarixdəki qədər uğurlu çıxış etməyib.
Belə ki, Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarında meydana çıxan “Xəzər Lənkəran”, “Qarabağ” və “İnter” təxminən 1 saat intervalla növbəti tura adladı. Bunun özü də futbol tariximizdə ilk belə haldır ki, I təsnifat mərhələsini itkisiz başa vururuq.
Ən yaxşı halda – məsələn ötən yay “Bakı” büdrəmişdi. Bu dəfə isə “üçlük” uğurla addımladı. Ötənilkilərdən “İnter”lə “Xəzər Lənkəran” yenə minimum vəzifənin öhdəsindən gəldi. “Bakı”nı isə “Qarabağ” layiqincə əvəzlədi və onun bacarmadığını gerçəkləşdirdi.
Bütün klublarımızın mərhələ keçməsi rekordu ilə yanaşı, eyni gündə 3 qələbə qazanmağımız da görünməmiş hadisədir. Eyni gündə klublarımız nəinki uduzmayıb, həm də xal itirməyib. Bu azmış kimi əcnəbilər bizə qol da vurmayıb.
Avrokuboklar tarixində 1 gündə 2 qələbə qazandığımız da olmamışdı. Dünən isə birdən birə 3 qələbə…
İndiyədək ən yaxşı nəticə ötən ilin iyulun 5-də olmuşdu. Həmin gün 1 qələbə və 2 heç-heçəyə imza atıb, uduzmamışdıq. İndi isə rəqiblərimizi heç-heçəyə də həsrət qoyduq.
Avrokuboklarda ən uğurlu günlərimiz
11.07.2013 3 3 0 0 4-0 9
05.07.2012 3 1 2 0 7-2 5
13.07.2006 2 1 1 0 2-1 4
02.07.2013 2 1 1 0 2-1 4
01.07.2010 2 1 1 0 4-1 4
22.07.2010 2 1 1 0 3-2 4
30.06.2011 2 1 1 0 5-1 4