
Gimnastımız Olimpiadaya lisenziya qazandı
Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatı davam edir.
APA-nın məlumatına görə, yarışın 5-ci günündə fərdi çoxnövçülükdə final mərhələsi keçirilir.
B qrupunda mübarizə aparan 12 gimnast çıxışını başa vurub. Final mərhələsini vəsiqə qazanan Azərbaycan idmançısı Zöhrə Ağamirova da bu qrupda qüvvəsini sınayıb.
O, gürzlərlə hərəkətə görə 21,200, lentlə çıxışda 17,000, halqa ilə hərəkətdə 20,900 xal qazanıb. Z.Ağamirovanın topla çıxışı isə 19,525 xalla qiymətləndirilib.
Yekunda 78,725 xal toplayan idmançı B qrupunda 4-cü yeri tutub.
Beləliklə, A qrupunun 12 gimnastı mübarizəyə start vermədən Azərbaycan təmsilçisi ilk “16-lıq”da yerini təmin edib. Bu, Z.Ağamirovaya 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış etmək hüququ verib. O, “Gündoğar ölkə”də iştirak üçün lisenziya qazanan 4-cü Azərbaycan təmsilçisidir.
Qeyd edək ki, 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına bunadək üç idmançı - Anna Skidan (atletika, çəkicatma), Maksim Şemberev (üzgüçülük) və Marina Stadnik (qadın güləşi) vəsiqə qazanıb.
Oxşar yazılar

"Real Madrid"in 18 yaşlı ulduzu evləndi
19 iyul 2025 , 02:44
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55
Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04
Levandovski ən çətin göstəricidə Messiyə çatdı: çətin ki, kimsə buna nail olsun
18 iyul 2025 , 09:39