Gənclərdən ibarət cüdo milli komandamız Avropa Çempionatında 5-ci medalını qazanıb.
Lent.az-ın məlumatına görə, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə Gənclər arasında Avropa Çempionatının ikinci günündə idmançılarımız daha bir medal qazanıb.
81 kq çəkidə mübarizə aparan Məmmədəli Mehdiyev bürünc medala aparan yolda İtaliya, İsveçrə, Almaniya, Bolqarıstan, həlledici mübarizədə isə Britaniya təmsilçisinə qalib gəlib.
Xatırladaq ki, cüdoçularımız Avropa Çempionatının ilk günündə 2 qızıl və 2 bürünc medal qazanmışdı. İndiki nəticələrə görə milli komandamız 5 medalla 43 ölkə arasında ikinci yerdə qərarlaşıb.