Füzulidə Açıq Əyləncəli Futbol Məktəbi açıldı
13 sentyabr 2013 17:24 (UTC +04:00)

Füzulidə Açıq Əyləncəli Futbol Məktəbi açıldı

Füzuli rayonunun Böyük Bəhmənli kəndində “Open Fun Football School-2013” adlı beynəlxalq idman tədbiri keçirilib. Lent.az-ın məlumatına görə, layihənin məqsədi uşaqları əyləndirmək, zərərli vərdişlərdən uzaq tutmaq və gələcəkdə onların futbola cəlb edilməsinə köməklik göstərməkdir.

“Füzuli” futbol klubunun rəhbəri Mirdamət İbadoğlunun bildirdiyinə görə, rayonda ilk dəfədir belə tədbir təşkil olunub. “Məqsəd uşaqları futbol vasitəsilə əyləndirmək, sonrakı mərhələlərdə futbola cəlb etmək idi. Münaqişələrdən əziyyət çəkən ərazilərdə bu tədbirin - Açıq Əyləncəli Futbol Məktəbi layihəsinin çox böyük əhəmiyyəti oldu”.

Mirdamət İbadoğlunun sözlərinə görə, tədbirdə bir sıra rəsmi şəxslərlə yanaşı, AFFA nümayəndəsi də iştirak edib: “Uşaqlara xüsusi kepka, kofta və qolbağılar paylanıldı. 80 nəfər isə diplomla təltif olundu. Tədbirin sonunda məşq mərkəzlərinə toplar, məşq üçün əlavə vasitələr verildi ki, bu da gələcəkdə uşaqların futbolla məşğul olmalarına stimul olacaq. Tədbirlər rayon ərazisində ilboyu davam edəcək.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 917

Oxşar yazılar