Futbol həyəcanı yenidən başlayır
16 fevral 2016 07:27 (UTC +04:00)

Futbol həyəcanı yenidən başlayır

0

Bu gün  Avrokuboklarda iki aylıq fasilə başa çatır. Apasport.az saytının məlumatına görə, iki qarşılaşma ilə Çempionlar Liqasında (ÇL) həlledici mərhələyə start veriləcək.

 

Parisdə keçiriləcək günün mərkəzi görüşündə PSJ “Çelsi”ni qəbul edəcək. Fransa birinciliyində  çempionluğu böyük ölçüdə təmin edən Paris təmsilçisindən fərqli olaraq, londonlular bütün diqqətlərini məhz ÇL-ə yönəldiblər. Çünki Premyer Liqada uğursuz mövsüm keçirən “Çelsi”nin ilk “dördlüy”ə düşməsi real görünmür. Günün digər matçında “Zenit” “Benfika”nın qonağı olacaq. Portuqaliyadan fərqli, Rusiyada ikinci dövrə start götürmədiyindən, bu, Sankt-Peterburq klubunun 2016-cı ildəki ilk rəsmi görüşü olacaq.

 

Bu gün UEFA Avropa Liqasında fasilə başa çatacaq. Apasport.az saytının məlumatına görə, turnirin 1/16 final mərhələsinə İstanbuda start veriləcək. “Fənərbaxça” Rusiya təmsilçisi “Lokomotiv”lə qarşılaşacaq. Oyuna prinsipiallıq qatan əsas məqamlardan biri  iki ölkə arasındakı siyasi gərginlikdi.

 

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

16 fevral

 

23:45. PSJ (Fransa) – “Çelsi” (İngiltərə)

Baş hakim: Karlos Velasko Karbalyo

 

23:45. “Benfika” (Portuqaliya) – “Zenit” (Rusiya)

Baş hakim: Canluka Rokki

 

 

Avropa Liqası

1/16 final, ilk oyun

 

16 fevral

21:00. “Fənərbaxça” (Türkiyə) – “Lokomotiv” (Rusiya)

Baş hakim: Martin Stromberqsson

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 349

Oxşar yazılar