Flavinyo "Neftçi"dən getdi!
14 iyul 2015 20:47 (UTC +04:00)

Flavinyo "Neftçi"dən getdi!

“Neftçi” klubu braziliaylı futbolçu Flavinyo ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, bu barədə klub saytı xəbər yayıb.

 

2010-cu ildə Braziliyanın "Qremio" klubundan "Neftçi"yə transfer olunmuş Flavinyo komandanın heyətində 174 oyun keçirib. Bu qarşılaşmalarda 38 dəfə rəqib qapısına yol tapmış futbolçu "Neftçi"nin heyətində 3 dəfə Azərbaycan çempionatının, 2 dəfə ölkə kubokunun qalibi olub.

 

“Ağ-qaralar”ın heyətində avrokuboklarda 22 oyun keçirmiş Flavinyo Avropa Liqası turnirinin qrup mərhələsində də çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

Oxşar yazılar