FİFA 1998 və 2010-cu il dünya çempionatlarının ev sahiblərinin seçimi zamanı səslərin pulla alınma faktını təsdiqləyib. Apasport.az saytının məlumatına görə, bu barədə ali futbol qurumunun FİFA-dakı korrupsiya faktı ilə bağlı araşdırma aparan ABŞ hökumətinə göndədriyi 22 səhifəlik sənəddə açıqlama yer alıb.
Ali futbol qurumunun yeni prezidenti Canni İnfantino rüşvət qalmaqalında adı hallanan təşkilatın sabiq nümayəndələri Cek Uorner, Daryan Uorner və Çak Bleyzer də daxil olmaqla 41 şəxsin aldıqlar pulları, o cümlədən vəzifələri ərzində qazandıqları maaşların geri ödəməli olduğunu vurğulayıb.
Qeyd edək ki, DÇ-1998 Fransada, DÇ-2010 isə CAR-da təşkil olunub. FİFA nümayəndələrinin turnirin sözügedən ölkələrdə təşkili üçün ümumilikdə 190 milyon dollardan çox rüşvət aldığı iddia edilir.