FİFA daha iki İspan klubunu cəzalandıra bilər
15 yanvar 2016 23:07 (UTC +04:00)

FİFA daha iki İspan klubunu cəzalandıra bilər

FİFA daha iki İspan klubunu cəzalandıra bilər. Apasport.az saytının “Marka”ya istinadən məlumatına görə, “Valensiya” və “Vilyareal” klublarına transfer qadağası qoyulmaq ehtimalı var.

 

Buna səbəb hər iki klubun da həddi-buluğa çatmamış futbolçuların transferi zamanı yol verdikləri qanununsuzluqlardı.

 

Qeyd edək ki, daha əvvəl iki Madrid təmsilçisi “Real” və “Atletiko”, yay transfer mövsümündə isə “Barselona” anoloji cəzaya məruz qalmışdı.

 

Artıq İspaniya Kral Futbol Federasiyası bununla bağlı yanvarın 19-da növbədənkənar toplantı keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699
avatar

Oxşar yazılar