FİFA-nın sabiq vitse-prezidenti ABŞ məhkəməsində: "Günahsızam"
19 iyul 2015 04:34 (UTC +04:00)

FİFA-nın sabiq vitse-prezidenti ABŞ məhkəməsində: "Günahsızam"

 İsveçrədən ABŞ-a ekstradisiya olunmuş korrupsiyada təqsirli hesab edilən  FİFA-nın sabiq vitse-prezidenti Ceffri Ueb məhkəmədə təqsirsiz olduğunu bildirib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Ceffri Ueb  İsveçrədən ABŞ-a iyulun 15-də gəlib. Ötən gün Bruklində federal hakimin qarşısına çıxarılıb. Hakim Uebə 10 mln dollar məbləğində girov təyin edib. Qeyd olunan məbləğin ödənildiyi bildirilir.   

 

Böyük Britaniya və Kayman adalarının pasportlarına malik olan Ceffri Ueb sənədlərini Federal Təhqiqatlar Bürosuna təhvil verib. Ona Bruklindəki məhkəmə binasından ən çox 32 km məsafəyə uzaqlaşmağa icazə verilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 275
avatar

Oxşar yazılar