FİFA-dan dünya çempionatı üçün yeni sistem
11 oktyabr 2013 11:29 (UTC +04:00)

FİFA-dan dünya çempionatı üçün yeni sistem

2014-cü il dünya çempionatında topun qapıdan keçdiyini qeydə alan sistem tətbiq olunacaq. Lent.az-ın məlumatına görə, bu barədə FİFA-nın açıqlamasında bildirilir.

 

Bu sistemdən ilk dəfə 2013-cü il Konfederasiyalar Kubokunda istifadə ediləcək. Almaniya istehsalı olan “GoalControl-4D” sistemindən FİFA klublararası dünya çempionatında da yararlanacaq. Bu çempionat isə dekabrda Mərakeşdə baş tutacaq.

 

Qeyd edək ki, klublararası dünya çempionatının ilkin mərhələsində təşkilatçı ölkəni “Raca Kasablanka” təmsil edəcək. İlkin mərhələdə bu komanda Avstraliya və Okeaniya çempionu “Oklend Siti” (Yeni Zelandiya) komandasını sınağa çəkəcək. Oyun dekabrın 11-də keçiriləcək. Növbəti mərhələlərdə isə bu komandalar üz-üzə gələcəklər:

 

1/4 final
Asiya Çempionlar Liqasının qalibi – Afrika Çempionlar Liqasının qalibi
İlkin mərhələnin qalibi – “Monterrey” (Meksika)

Yarımfinal


1-ci 1/4 final cütünün qalibi – “Bavariya” (Almaniya)
2-ci 1/4 final cütünün qalibi – “Atletiko Mineyro” (Braziliya)

Final
Yarımfinalın qalibləri.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 923
avatar

Oxşar yazılar