FHN-in idmançıları mükafatlar qazandılar
Sentyabrın 13-15-də Xırdalan şəhər AAAF park yaşayış kompleksinin yarış zalında yeniyetmələr arasında güləş üzrə “I Zirvə Kuboku” yarışları keçirilib.
Bu barədə Lent.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yarışlarda 20 komandadan, 370-ə yaxın idmançı mübarizə aparıb. Maraqlı mübarizə şəraitində keçən yarışlarda Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin komandası da iştirak edib.
İdmançılar yarışda mərkəzin baş zabiti Namiq Sovdumzadənin rəhbərliyi altında iştirak ediblər. Mərkəzi sərbəst güləş üzrə təmsil edən yeniyetmələr arasında Kənan Bünyadov 32-kq çəki dərəcəsində 1-ci yerə, Rəvan Cahangirli 35-kq çəki dərəcəsində 2-ci yerə layiq görülüb.
Mərkəzin rəisi polkovnik Füzuli Musayev idmançıları və məşqçini qəbul edərək onları təbrik edib, növbəti yarışlarda uğurlar arzulayıb.
1776