FHN-in qurumları arasında daşqaldırma üzrə çempionat keçirilib
19 fevral 2016 17:29 (UTC +04:00)

FHN-in qurumları arasında daşqaldırma üzrə çempionat keçirilib

0

 

18-19 fevral tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılIğı ilə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin 18 saylı Yanğından Mühafizə Hissəsinin idman zalında qurumlar arasında daşqaldırma üzrə çempionat keçirilib.

 

 

FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, çempionatda nazirliyin 17 qurumunun 75-ə yaxın nümayəndəsi 24 kq daşlarla öz gücünü 60, 65, 70, 80, 90 və 90 kq-dan yuxarı çəki dərəcəsində sınayıb. Əvvəlcə birdən qaldırma, daha sonra təkan çalışmaları yerinə yetirilib. 

 

Sonda idman-sağlamlıq klubunun rəisi Füzuli Musayev və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qalibləri təbrik edərək, onları kubok, diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırıb.

Qeyd edək ki, çempionata beynəlxalq dərəcəli hakim Azad Mustafayev, respublika dərəcəli hakim Həmzə Əfəndiyev hakimlik edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 472

Oxşar yazılar