«Qalatasaray» klubunun mətbuat katibi Şükrü Ərgün bildirib: «Fateh Tərimlə yollarımızı ayırdıq».
Komandanın İctimai Əlaqələr Qurumu məsələ ilə bağlı bunları açıqlayıb: «Sentyabrın 24-də şirkət rəhbərliyinin keçirdiyi toplantıda sayın Fateh Tərimlə müqaviləmizin ləğvi bir səslə qəbul edilib».
***
21.43
«Qalatasaray» rəhbərliyi baş məşqçi Fateh Tərimlə yollarını ayırıb. Lent.az-ın «NTVspor»-a istinadən məlumatına görə, klubu rəhbərliyi məsələ ilə bağlı yaxın saatlarda açıqlama verəcək.