Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədovun növbəti rəqibi müəyyənləşib. Lent.az-ın məlumatına görə, Ukraynanın Xarkov şəhərində sentyabrın 21-də baş tutacaq döyüşdə o, belaruslu Aleksandr Abramenko ilə üz-üzə gələcək.
WBO (Ümumdünya Boks Təşkilatı) versiyası üzrə reytinq xarakteri daşıyacaq döyüş əvvəlcədən nəzərdə tutulduğu kimi, 6 yox, 8 raunddan ibarət olacaq. 35 yaşlı rəqibinin təcrübəli boksçu olduğunu söyləyən F. Məmmədov qarşılaşmaya yüksək səviyyədə hazırlaşdığını və qələbə qazanacağına inandığını deyib.
Qeyd edək ki, Fariz Məmmədovun oktyabrında 26-da Böyük Britaniyada da reytinq xarakterli döyüşü nəzərdə tutulub.