Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov növbəti döyüşünə çıxıb. Lent.az-ın məlumatına görə, boksçumuz belaruslu Aleksandr Abramenko ilə üz-üzə gəlib.
Ukraynanın Xarkov şəhərində baş tutan WBO (Ümumdünya Boks Təşkilatı) versiyasının reytinq xarakterli bu döyüşü əvvəlcədən nəzərdə tutuldugu kimi, altı yox, səkkiz raunddan ibarət olub. Görüş Ukraynanın "İnter" telekanalı vasitəsilə canlı yayımlanıb. Məmmədov artıq dördüncü raundda rəqibini nokauta salıb.
Qeyd edək ki, yeddi illik fasilədən sonra 2012-ci ildə yenidən peşəkar rinqə qayıdan Fariz Məmmədov son 1,5 il ərzində 3 döyüşünün hamısını qələbə ilə başa vurub.