Fariz Məmmədov I Avropa Oyunlarına qatılacaq
25 sentyabr 2013 13:16 (UTC +04:00)

Fariz Məmmədov I Avropa Oyunlarına qatılacaq

Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov ən böyük hədəflərini açıqlayıb. Lent.az-ın xəbərinə görə, bu barədə 33 yaşlı idmançı keçirdiyi mətbuat konfransında məlumat verib.

 

O bildirib ki, 2014-cü ildən təşkil olunacaq APB-də (Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) Peşəkar Boks yarışı) mübarizə aparmaq niyyətindədir. Artıq belə bir təklif aldığını deyən F. Məmmədov AİBA-nın yeni layihəsində qüvvəsini sınamaq niyyətini bəyan edib. Peşəkar boksçumuz deyib ki, 69 kq çəki dərəcəsində qalib olaraq 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq niyyətindədir.

 

2015-ci ildə isə F. Məmmədov Bakıda keçiriləcək I Avropa Oyunlarına qatılacaq. O, hətta Oyunlarda boks növü üzrə qalib olmağı hədəflədiyini vurğulayıb.

 

Peşəkar boksçumuzun daha bir hədəfi isə peşəkar boksda məşhur versiyalardan sayılan WBO, WBC, WBA və İBF versiyalarından birində Avropa kəmərinə yiyələnməkdir. Vaxtilə bu versiyalardan 3-də İntercontinental kəməri qazandığını xatırladan F. Məmmədov deyib ki, boksdan 8 ilədək uzaq qalması səbəbindən uğurlarını davam etdirə bilməyib: “İndi mən vuruşmalı və hədəflərimə çatmalıyam”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1444
avatar

Oxşar yazılar