Almaniya futbolunda qeyri-adi sponsorluq müqaviləsi imzalanıb.
Lent.az-ın futbolpress.az-a istinadən məlumatına görə, Bundesliqa 2-də çıxış edən “Sandhauzen” klubu “Eros Center Bienenstock” adlı fahişəxana ilə rəsmi tərəfdaşlıq edəcək. Anlaşmaya əsasən matç broşuralarında və stadionun reklam panellərində fahişəxananın reklamları yer alacaq. “Sandhauzen” klubunun prezidenti Yürgen Makmeyer bunları deyib: “Bu sazişin tütün və alkoqol firmaları ilə bağlanan müqavilələrdən heç bir fərqi yoxdur. Bizim üçün çox önəmli anlaşmadır.” Sponsorluq müqaviləsinin müddəti altı aylıqdır. Tərəflər razı olsa, müddət uzadıla bilər.
Qeyd edək ki, “Sandhauzen” hazırda 30 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb