İngiltərənin “Çelsi” futbol klubunun yeni transferi Samuel Eto O Kamerun milli komandası ilə vidalaşıb. Lent.az-ın məlumatına görə, 32 yaşlı hücumçu bu qərarı Liviya ilə 2014-cü il dünya çempionatının seçmə matçından sonra qəbul edib.
1:0 hesablı qələbə qazandıqları görüşdən sonra Eto O komanda yoldaşlarına yığma karyerasını başa vurduğunu deyib. O, qərarının şəxsi səbəblərdən qaynaqlandığını bildirib.