[b]“Traktorsazi”nin adı  <span style="color:red;">DƏYİŞDİRİLİR [/b]
16 aprel 2019 14:16 (UTC +04:00)

[b]“Traktorsazi”nin adı DƏYİŞDİRİLİR[/b]

Rəsmi sənədlərdə “Traktorsazi” adlanan Güney Azərbaycanın məşhur futbol komandasının adı dəyişdirilir.

Lent.az xəbər verir ki, “sazi” şəkilçisi komandanın adından rəsmi şəkildə ləğv olunacaq. Təbriz “Traktorqayırma” zavodunun adı ilə bağlı olan farsca “Traktorsazi” adı “Traktor” və ya azərbaycanlılar arasında deyildiyi kimi, “Traxtur” sözü ilə dəyişdiriləcək.

Bundan əvvəl “Traxtur” klubunun sahibi cənab Zenuzi “Səhənd” telekanalına verdiyi müsahibədə ““Traktorsazi”nin adı dəyişdiriləcəkmi?” sualının cavabında buna işarə etmişdir. “Bu komanda onun tərəfdarlarına aiddir. Onlar istəsələr komandanın adını da dəyişmək mümkündür. Biz klubun kimlik və keçmişinə ziyan vurmadan bunu edə bilərik.”- deyə o bildirmişdir.

Hələlik komandanın adına “Azərbaycan” sözünün əlavə edilib-edilməyəcəyi məlum deyil. Lakin böyük ehtimalla hökumət buna imkan verməyəcək. Baxmayaraq ki, bu ənənə İranda var, misal üçün Məşhədin futbol komandasının adı Xorasan komandası ilə dəyişdirilib.

 

“Traktor” sözü farsca olmasa da “sazi” şəkilçisi fars dilinə aiddir. Ona görə də hökumətə bağlı qüvvələr komandanın “Traktorsazi” adlandırılmasına çalışır. Lakin bu komanda Güney Azərbaycanın bütün məntəqələrində istisnasız olaraq “Traxtur” adlanır. Təbriz klubun tərəfdarları komandanın “Traxtur” adlandırılmasını uzun zamandır ki, tələb edir.

 

 

(güntv.az)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796
avatar

Oxşar yazılar