Ermənistan milli komandasının və Rusiyanın “Spartak” klubunun futbolçusu Araz Özbilizin mədəsində problemlər meydana gəlib. Lent.az-ın məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Vardan Minasyan açıqlama verib.
O bildirib ki, hələ sentyabrın 6-da Çexiya ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçından sonra Özbilizin mədəsi ilə bağlı problemləri başlayıb: “Müalicə 4 gün davam etməli idi. Lakin həkimlər yarımmüdafiəçini Danimarka ilə növbəti qarşılaşmaya hazırlamaq üçün hər şeyi etdilər. İkinci hissədə Özbiliz zəiflik hiss etdi. Lakin mən onu oyundan ala bilmədim. Çünki artıq 3 əvəzetmədən yararlanmışdım”.
Qeyd edək ki, Danimarka ilə qarşılaşmada Ermənistan millisi 0:1 hesabı ilə uduzub. Türkiyədə anadan olan Araz Özbilizin valideynləri ermənidir. Onların əsl soyadı Zbilizyan olsa da, Türkiyədə Özbiliz soyadına sığınıblar və bir müddət sonra Hollandiyaya köçüblər. 23 yaşlı futbolçu Danimarka ilə qarşılaşmada künc zərbəsini tələsik yerinə yetirmək istərkən yerə yıxılıb və gülüş hədəfinə çevrilib.