Ən güclü boksçumuz bəlli oldu
04 mart 2019 09:07 (UTC +04:00)

Ən güclü boksçumuz bəlli oldu

Yeniyetmə boksçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. ONA-nın Boks Federasiyasının saytına istinadən məlumatına görə, Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 50-yə yaxın komandanın qatıldığı yarışda 268 idmançı mükafatlar uğrunda mübarizə aparıb.
6 gün davam edən birincilikdə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr güclərini yoxlayıblar. Boks Mərkəzində baş tutan yarışda 13 çəki dərəcəsində çempion və medalçılar bəlli olub.
Turnirin komanda hesabında “Təhsil” Respublika İdman Mərkəzi birinci yeri tutub. İkinci pillədə “Neftçi” İdman Klubu qərarlaşdığı halda, “üçlüy”ü Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti qapayıb. Yarışın qalibi adını qazanan Nurlan Qasımov (70 kq) birinciliyin ən texnikalı boksçusu seçilib. Həmçinin Anar Nağdiyev ən yaxşı hakim, Bəhruz Kərimov (MOİK) ən yaxşı məşqçi nominasiyasında fərqləniblər.
 
Azərbaycan birinciliyi
Bütün mükafatçılar
46 kq
1. Nihat Ağakişiyev (“Neftçi” İK)
2. Nicat Hüseynov (“Təhsil” RİM)
3. Mirzağa Hüseynli (“Zirvə” İK)
3. Zəkəriyyə Abışov (“Təhsil” RİM)
48 kq
1. Zaur Qəhrəmanov (“Zirvə” İK)
2. Səid Abdullayev (“Neftçi” İK)
3. İbrahim Yusubov (“Təhsil”RİM)
3. Ümid Bayramov (“Neftçi” İK)
50 kq
1. Əli Ələsgərli (“Neftçi” İK)
2. Muxtar Umayev (“Təhsil” RİM)
3. Rafiq Soltanov (“Təhsil” RİM)
3. Hüseyn İsazadə (DİN İC)
52 kq
1. Əsəd Ağayev (DİN İC)
2. Əli Gözəlov (“Təhsil” RİM)
3. Fərid Məmmədov (Gəncə)
3. Qasım Qasımov (“Neftçi” İK)
54 kq
1. Zəlimxan Süleymanov (“Təhsil” RİM)
2. Aydın Bağırov (Şəmkir)
3. Elmar Abbasov (“Təhsil” RİM)
3. Rəsul Məmmədov (“Təhsil” RİM)
57 kq
1. Turğay Mirzəyev (MOİK)
2. Tağı Tağızadə (“Təhsil” RİM)
3. Qulu Quliyev (Gəncə)
3. Cavadxan Şahbazbəyli (DİN İC)
60 kq
1. Elməddin Ağayev (Şirvan)
2. Bəylər Bayramov (“Neftçi” İK)
3. Xalid Məmmədov (DİN İC)
3. Nicat Qurbanov (Gəncə)
63 kq
1. İsa Novruzlu (“Olimp”)
2 . Ənvər Babayev (“Təhsil” RİM)
3. Firuddin Məmmədov (“Qızıl əlcək” İK)
3. Rüstəm Bayramov (BFL)
66 kq
1. Sayadulla Nəsirov (“Zirvə” İK)
2. Namiq Əliyev (MOİK)
3. Ayxan İsmayılov (“Təhsil” RİM)
3. Rza Rzazadə (“Gömrükçü” İK)
70 kq
1. Nurlan Qasımov (“Qəbələ” İK)
2. Rəvan Quliyev (DİN İC)
3. Rəvan Teyyubov (Şabran)
3. Dəmirxan Hüseynov (“Təhsil” RİM)
75 kq
1. Rəmiş Cəfərov (DİN İC)
2. Murad Məhərrəmov (“Abşeron” İK)
3. Ümid Məhərrəmov (“Gömrükçü” İK)
3. Cavid Qurbanov (DİN İC)
80 kq 
1. Cəfər Heydərli (DİN İC)
2. Baloğlan Əkbərov (“Təhsil” RİM)
3. Elvin Həziyev (“Məhsul” İC)
3. Eldar Həsənli (Beyləqan)
+80 kq
1. Riad Nəzərov (“Təhsil” RİM)
2. Kamal Abdullayev (“Neftçi” İK)
3. Nadir Allaheverdiyev (“Lokomotiv” İK)
3. İslam Zeynalov (Gəncə)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705
avatar

Oxşar yazılar