Dünyanın ən bahalı futbolçusu Qaret Beyl İspaniyanın “Real Madrid” klubunun heyətində sentyabrın 14-də debüt edəcək. Lent. az-ın məlumatına görə, bu barədə “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti açıqlama verib.
O, bildirib ki, Beyl yeni komandasında ilk dəfə İspaniya çempionatı matçında “Vilyarreal”a qarşı forma geyinəcək. Lakin Аnçеlоtti uelsli yarımmüdafiəçinin start heyətində və ya sonradan meydana daxil olacağını deməyib. İtaliyalı mütəxəssisin sözlərinə görə, yeni transfer yaxşı formadadır və debütünü böyük həvəslə gözləyir. Baş məşqçi Beyli hücumun sağında oynatmaq istəyir.
Qeyd edək ki, Qaret Beyl “Real Madrid”ə sentyabrın 1-də İngiltərə “Tottenhem”indən 100 milyon avroya keçib. Bununla da Beyl dünyanın ən bahalı futbolçusuna çevrilib. 2013-2014-cü il mövsümündə o, ayağındakı zədə üzündən heç bir oyunda sonadək çıxış edə bilməyib. 24 yaşlı yarımmüdafiəçi sentyabrın 10-da Uels millisinin heyətində Serbiyaya qarşı 2014-cü il dünya çempionatının seçmə qrup matçında iştirak edib. O, son 32 dəqiqəni meydanda keçirsə də, 0:3 hesablı məğlubiyyətə əngəl ola bilməyib.