Elnur Məmmədli karyerasını başa vura bilər
03 oktyabr 2013 13:06 (UTC +04:00)

Elnur Məmmədli karyerasını başa vura bilər

Cüdo üzrə Azərbaycanın olimpiya çempionu Elnur Məmmədli karyerasını başa vura bilər. Bu barədə Lent.az-a 25 yaşlı idmançının özü məlumat verib.

 

Onun sözlərinə görə, bir ay öncə təlim-məşq toplantısı zamanı dizindəki köhnə zədəsini təzələyib. Məmmədli hazırda ağrılarının davam etdiyini açıqlayıb: “Əvvəllər zədələndiyim vaxt diz qapaqlarıma plastmas qoyulub. Avqustun sonlarında Braziliyada keçirilmiş dünya çempionatından öncə təlim-məşq toplantısında yenidən zədələndim. Ağrılar məşqləri bərpa etməyimə imkan vermir”.

 

Cüdoçumuz 1 aydan sonra Almaniyaya müayinə olunmağa yollanacağını bildirib. O, gələcək karyerasının həkimlərin rəyindən asılı olacağını deyib: “Həkimlər icazə versələr, məşqlərimi davam etdirəcəyəm, əks halda, karyeramı başa vuracağam. Amma artıq cüdodan getdiyim barədə xəbərlər yalandır”.

 

Məmmədli Azərbaycan Cüdo Federasiyasında vitse-prezident vəzifəsinə təyin olunduğu barədə xəbərləri də təkzib edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1614
avatar

Oxşar yazılar