İngiltərə millisinin və “Liverpul”un sabiq futbolçusu Maykl Ouen özünü çapar kimi sınayıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 37 yaşlı veteran futbolçu İngiltərənin Asket bölgəsində ilk dəfə çapar olaraq at yarışında iştirak edib.
“Calder Prince” adlı atla yarışan M.Ouen yarışı 2-ci sırada başa vurub.
Qeyd edək ki,”Liverpul”, “Mançester Yunayted” və “Real” kimi klublarda çıxış edən İngiltərə millsinin sabiq üzvünun son klubu “Stok Siti” olub.