Əfqanıstanda futbol bayramı
12 sentyabr 2013 06:19 (UTC +04:00)

Əfqanıstanda futbol bayramı

Əfqanıstan paytaxtı Kabulda futbol üzrə milli komandanın beynəlxalq yarışlarda ilk qələbəsi bayram təntənəsi ilə qeyd edilib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, paytaxt küçələrində ölkə yığmasının Hindistan futbolçularına 2:0 hesabı ilə qalib gəlməsi şərəfinə odlu silahdan havaya atəşlər açılıb.

 

Xatırladaq ki, Nepalın paytaxtı Katmandu da Cənubi Asiya federasiyasının kuboku uğrunda keçirilən finalda əfqanlar qalib gəlib.

 

Mənbənin məlumatına əsasən, televizor və radiolar vasitəsi ilə milyonlarla Əfqanıstan sakini oyunu izləyib.

 

1996 -2001-ci illərdə talibanın hakimiyyəti zamanı futbol da başqa idman növləri kimi yasaqlanmışdı.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718
avatar

Oxşar yazılar