Əfqanıstanda son 10 ildə ilk dəfə beynəlxalq futbol matçı keçiriləcək. Lent.az-ın məlumatına görə, ölkə yığması öz meydanında Pakistan millisini qəbul edəcək.
Yoldaşlıq görüşü avqustun 20-də 6 min tamaşaçı tutumuna malik Kabul stadionunda baş tutacaq. Əfqanıstan və Pakistan milliləri sonuncu dəfə 36 il əvvəl elə bu şəhərdə üz-üzə gəliblər.
Qeyd edək ki, bugünkü oyun üçün satışa çıxarılan biletlər dərhal alınıb. Qarşılaşmanı televiziya vasitəsilə milyonadək tamaşaçının izləyəcəyi gözlənilir. Matç gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçiriləcək.