Eddi İsrafilovun yeni klubu müəyyənləşib.
Lent.az-ın "azərtac"-a istinadən məlumatına görə, Azərbaycan millisinin futbolçusu, 23 yaşlı yarımmüdafiəçi İspaniyanın ikinci liqası olan "Segundo"da çıxış edən "Cordoba" klubunda oynayacaq.
Futbolçumuz "La Liga"da çıxış edən "Eibar" klubunun heyətində möhkəmlənə bilmədiyindən oyun təcrübəsini itirməmək üçün aşağı liqa komandasına transferə razılaşıb.