“Real” (Madrid) klubunun yarımmüdafiəçisi Qaret Beylin bel fəqərələri arasında yırtıq aşkarlanıb.
Lent.az-ın İspaniyanın “Marca” qəzetinə istinadən verdiyi məlumata görə, dünya futbolu üçün rekord qiymətə - 100 milyon avroya “Real”a transfer edilmiş futbolçunun zədəsi ona yaxın gələcəkdə oynamağa mane olmayacaq.
Ancaq bel yırtığı futbolçunu incitməyə başlayarsa, bu halda cərrahi əməliyyat qaçılmaz olacaq. Qaret Beyl də belində heç vaxt ağrı hiss etmədiyini söyləyib.