Dünya futbolçuların bu etirazından danışır
31 yanvar 2014 01:39 (UTC +04:00)

Dünya futbolçuların bu etirazından danışır

İspaniyada kral kubokunun 4/1 finalının cavab oyununda  «Rasinq Santander»lə «Real Soseydad» qarşılaşıb.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, qarşılaşmanın birinci dəqiqəsində «Rasinq»in oyunçuları, ehtiyat futbolçuları, məşqçiləri meydanın mərkəzinə yığışaraq, etiraz aksiyası keçirib.

 

Onlar əmək haqlarını gecikdirdiyi üçün klubun direktoru Anxel Lavinin istefasını tələb edib.

 

Tamaşaçılar «Rasinq» komandasının etirazını alqışlarla qarşılayıb.

 

Bu, klubun ilk etiraz aksiyası deyil. 8/1 finalda onlar «Almeriya» ilə qarşılaşanda ilk 20 saniyə hərəkətsiz qalıb. Həmin oyun 1:1 başa çatsa da, təkrar görüşdə «Rasinq» 2:0 hesabı ilə qələbə qazanaraq, 4/1 finala çıxa bilib.

 

Bu oyunda isə  onlar «Real Soseydad»a 1:3 hesabı ilə məğlub olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1250

Oxşar yazılar