2014-cü il dünya çempionatının püşkatma mərasimi üçün səbətlərin təqribi tərkibi müəyyənləşib. Lent.az-ın məlumatına görə, Braziliyada keçiriləcək Mundialın 32 iştirakçısı tədbir zamanı 4 səbətə bölünəcək.
ilk səbətdə təşkilatçı ölkə Braziliyadan əlavə, FİFA-nın oktyabr reytinqində 7 ən yaxşı yığma yer alacaq. Bunlar İspaniya, Almaniya, Argentina, Kolumbiya, Belçika, İsveçrə və çox güman ki, Uruqvay olacaq.
Qalan səbətlərə bölgü isə coğrafi prinsip əsasında aparılacaq.
1-ci səbət: Braziliya, İspaniya, Almaniya, Argentina, Kolumbiya, Belçika, Uruqvay, İsveçrə
2-ci səbət: Hollandiya, İtaliya, İngiltərə, Portuqaliya, Yunanıstan, Bosniya və Herseqovina, Xorvatiya, Rusiya
3-cü səbət: Fransa, Çili, Ekvador, Kot-d'İvuar, Qana, Əlcəzair, Nigeriya, Kamerun
4-cü səbət: Yaponiya, İran, Cənubi Koreya, Avstraliya, ABŞ, Meksika, Kosta-Rika, Honduras.
Qeyd edək ki, dünya çempionatının püşkü dekabrın 6-da Braziliyanın Mata-di-San-Juan şəhərində atılacaq.