Dünya çempionatına uğurlu start
26 avqust 2013 17:50 (UTC +04:00)

Dünya çempionatına uğurlu start

Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov Cənubi Koreyanın Çunqju şəhərindəki dünya çempionatına uğurla başlayıb. Lent.az-ın məlumatına görə, 23 yaşlı təmsilçimiz seçmə mərhələdə 1 nəfərlik qayıqla (M1x) 2000 metr məsafəyə yürüşdə 2-ci olub.


Finişə 7 dəqiqə 10,96 saniyəyə çatan Aleksandrov yalnız Anxel Furnier Rodrigesdən (Kuba) 8,12 saniyə geri qalıb. 3-cü yeri isə Vladislav Yakovlev (Qazaxıstan) tutub. Yakovlev 7 dəqiqə 21,48 saniyə nəticə göstərib.

Qaydalara əsasən, hər 3 avarçəkən təsəlli yürüşünə qatılmadan birbaşa 1/4 finala adlayıb. Növbəti mərhələ avqustun 28-də olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643
avatar

Oxşar yazılar