Nokautla gələn ikiqat dünya çempionluğu - YENİLƏNİB
28 oktyabr 2013 18:23 (UTC +04:00)

Nokautla gələn ikiqat dünya çempionluğu - YENİLƏNİB

Dünya çempionatı yenə Azərbaycan himni ilə yekunlaşdı

26.10.2013
17.19

Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatı yenə Azərbaycan himni ilə yekunlaşıb. Lent.az-ın məlumatına görə, bu dəfə də himnimizi 91 kq-dan yuxarı çəki dərəcəsində keçirilən mükafatlandırma mərasimində təmsilçimiz Məhəmmədrəsul Məcidov səsləndirib.

Əvvəlki dünya çempionatı 2011-ci ildə Bakıda keçirilmiş və o vaxt da Məcidov qızıl medala layiq görülmüşdü. Həmin vaxt boksçumuzu şəxsən prezident İlham Əliyev mükafatlandırmışdı. Almatıda isə ona qızıl medalı peşəkar boks üzrə ən ağır çəkidə dünya çempionları, ukraynalı Vladimir və Vitali Kliçko qardaşları təqdim edib. Bu da təsadüfi deyil. Millimizin hazırkı baş məşqçisi Vladimir Zolotaryov vaxtilə məhz Kliçko qardaşlarının məşqçisi olub.

Məcidov həlledici döyüşdə yerli boksçu İvan Dıçkonu nokauta salaraq, final döyüşlərini canlı izləyən Qazaxıstan prezidenti Nursultan Nazarbayevi məyus edib. Onun zərbəsi o qədər qüvvətli olub ki, Dıçko mükafatlandırma mərasiminə qatıla bilməyib. Halbuki dünya çempionu qazaxıstanlı boksçu olsaydı, yəqin ki, qızıl medalı Nazarbayevin əlindən alacaqdı.

Qeyd edək ki, Azərbaycan boks yığması tarixində ilk dəfə dünya çempionatını 2 qızıl, 1 bürünc medalla başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4958
avatar

Oxşar yazılar