Draytulinq üzrə respublika çempionatı başa çatıb
16 dekabr 2013 10:39 (UTC +04:00)

Draytulinq üzrə respublika çempionatı başa çatıb

 

Dekabrın 14-15-də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) "ClimBaku" İdman Dırmanma Mərkəzində Azərbaycanda ilk dəfə keçirdiyi draytulinq üzrə respublika çempionatı başa çatıb. Federasiyadan Lent.az-a verilən məlumata görə, yarışın final mərhələsində idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qızğın mübarizə aparıblar.

 

Draytulinq yarışının final mərhələsinin sonunda qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalları, Azərbaycan Dağçılıq Ekstremal İdman Növləri Federasiyaları Assosasiyasının (ADEİNFA) pul mükafatı və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının sertifikatları ilə təltif olunublar.

 

Xatırladaq ki, Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalar üzrə keçirilən çempionata FAİREX-in Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox klubunun (Bakıdan- “FHN Ekstremal” “Ekosport”, “Kyaniti”, “İrəli Ekstrim” “AMEAST” (ATİ), “Qaya Qartallari” (İqtisad Universiteti), “Qərb Universiteti”, “Climber”, “Gənclik” (İdman Akademiyası), “Macəra”, “Murov”, “Extralife”, “Marxal”, “Simurq”, “Bakı Avia”, “Rock Stone”, Şəkidən - “Şəki AMA.”, “Nuxa”, Qusardan - “Salavat”, “Zirvə”, İsmayıllıdan- “Qafqaz”, “Şahdağ MP”, “Babadağ”, Qaxdan- “Ekstremal”, Gəncədən- “Gəncə Ekstremal”, “Kəpəz”, Yardımlıdan - “Kəmər Qaya”, Zaqataladan - “Mountain

Bee” və s.)160-dan çox idmançısı qoşulub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1003
avatar

Oxşar yazılar