Daha iki taekvondoçumuz medal qazandı
16 fevral 2016 04:51 (UTC +04:00)

Daha iki taekvondoçumuz medal qazandı

0

Türkiyənin Antalya şəhərində Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfindən təşkil edilən və sayca 3-cü olan G1 kateqoriyalı “TURKİSH OPEN” beynəlxalq turniri davam edir.

 

Apasport.az saytının məlumatına görə, turnirin ikinci günü yarışa 6 idmançı ilə qatılan gənclərdən ibarət yığma komandamız da aktivinə 2 bürünc medal əlavə edib.

 

Gənclər yığmasının kapitanı, - 68 kq çəki dərəcəsində mübarizəyə qoşulan Əliəsgər Əliyev və Orxan Tağızadə (+78 kq) yalnız yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 532

Oxşar yazılar