Cüdoda rüşvət qalmaqalı
05 sentyabr 2013 17:17 (UTC +04:00)

Cüdoda rüşvət qalmaqalı

Kubalı cüdoçu Asley Qonsales ötən həftə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş dünya çempionatı ilə əlaqədar şok fakt açıqlayıb. Lent.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Qonsales çempionatın finalında gürcüstanlı Varlam Lipartelianiyə uduzması qarşılığında ona 15 – 20 min dollar təklif olunduğunu bildirib.

 

Lakin amerikalı onu satın almaq istəyənin kimliyini açıqlamayıb. Qonsales təklifi dünya çempionu olmaq istədiyi üçün rədd edib: “Mən məşqçim Husto Nodu, xalqımı və inqilabı pis vəziyyətdə qoya bilməzdim”. 

 

Qonsales finalda ötənilki Avropa çempionu Varlam Lipartelianiyə cərimə xalı ilə qalib gəlib. Hakim Lipartelianiyə 2, ona 1 dəfə xəbərdarlıq edib. Nəticədə 24 yaşlı Qonsales karyerasında ilk dəfə dünya çempionu olub. O, həm də 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı sayılır.

 

Qeyd edək ki, dünya çempionatında 90 kq çəki dərəcəsində Azərbaycanı Şahin Qəhrəmanov təmsil edib. O, 1/8 finalda macarıstanlı Kriştian Tota uduzaraq, mübarizəni dayandırıb. Tot isə növbəti mərhələdə məhz Asley Qonsalesə yenilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1323
avatar

Oxşar yazılar