Cüdoçularımızdan 2 qızıl, 1 gümüş medal
16 iyul 2018 05:59 (UTC +04:00)

Cüdoçularımızdan 2 qızıl, 1 gümüş medal

Almaniyanın Sarbrüker şəhərində cüdo üzrə Avropa Kuboku yarışına yekun vurulub. Apasport.az saytının məlumatına görə, mötəbər turnirin ikinci günü millimiz üçün daha uğurlu olub.

 

Belə ki, təmsilçilərimiz 2 qızıl, 1 gümüş medal qazanıb.

 

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

+100 kq çəki dərəcəsində isə Azərbaycan finalı yaşanıb. Belə ki, həlledici görüşdə Uşanqi Kokauri və Şahin Qəhrəmanov üz-üzə gəlib. Kokauri qızıl, Qəhrəmoanov isə gümüş medal əldə edib.

 

Bununla da, millimiz Avropa Kuboku yarışını 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.

 

Qeyd edək ki, 26 ölkədən 387 (269 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan millisi 10 cüdoçu ilə təmsil olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 406
avatar

Oxşar yazılar