Cüdoçularımız "Qran-Pri"nin ilk günü iki medal qazanıb
23 noyabr 2013 04:47 (UTC +04:00)

Cüdoçularımız "Qran-Pri"nin ilk günü iki medal qazanıb

22-23 noyabr tarixlərində BƏƏ-nin Abu-Dabi şəhərində keçirilən «Qran-Pri» turnirinin ilk günündə Azərbaycanın cüdo üzrə milli komandası bir gümüş və bir bürünc medal qazanıb.  Azərbaycan Cüdo Federasiyasından Lent.az-a verilən məlumata görə, 66 kq-dək çəki dərəcəsində təmsilçimiz Nicat Şıxalizadə Sloveniya, Britaniya və İspaniya təmsilçilərini məğlub etdikdən sonra finalda rusiyalı Mixael Pulyayevə uduzub.

 

60 kq-dək çəki dərəcəsində isə Səfərov Orxan tatamidə Əlcəzair, Braziliya və Almaniya təmsilçilərinə qalib gəlib və bütünc medala sahib çıxıb.

 

Qeyd edək ki, Abu-Dabi “Qran-Pri”sində 35 ölkədən 236 cüdoçu güvvəsini sınayır. Millimiz hazırda komanda hesabında 7-ci yerdədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 988
avatar

Oxşar yazılar