“Uşaq səhvindən qol buraxdıq. Rəqibə böyük hədiyyə verdik”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.
Cənub təmsilçisi Topaz Premyer Liqasının VIII turunun açılış matçında “İnter”lə qarşılaşdı.
Öz meydanında 0:1 hesabı ilə uduzan “ağ-yaşıllar”ın uelsli çalışdırıcısı məğlubiyyətə baxmayaraq, komandasının oyunundan narazı qalmadığını bildirib: “Oyuna çox yaxşı başlamışdıq. Amma rəqibə erkən qol vurmağa şərait yaratdıq. Bundan sonra toparlanmaq çətin oldu. Çünki “İnter” müdafiəyə qapılmışdı. Hər iki cinahdan, eləcə də mərkəzdən yaxşı hücumlar təşkil etdik. Təəssüf ki, yaradılan imkanlardan istifadə edə bilmədik. Biz məğlub olmağa layiq deyildik. Komandamın oyunundan razıyam”.