Con Toşak darmadağından danışdı
28 oktyabr 2013 16:10 (UTC +04:00)

Con Toşak darmadağından danışdı

“Xəzər Lənkəran” futbol komandasının baş məşqçisi Con Toşak Topaz Premyer Liqasının XII turunda 0:3 hesabı ilə uduzduqları oyunu şərh edib. Lent. az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən uelsli mütəxəssis hesabın oyunu əks etdirmədiyini bildirib.

 

O deyib ki, Lənkəran komandasında hamı qələbəni düşündüyü halda, məğlubiyyətə düçar olublar: “Məncə hesab, oyunu əks etdirmədi. Bununla belə, deyim ki, rəqib də layiqli qələbə qazandı. Amma hücum edən, ardıcıl həmlələr edən tərəf biz idik. Şanslarımız çox olsa da yararlana bilmədik. İkinci hissəyə də pis başlamadıq və artıq 47-ci dəqiqədə real qol şansını boşa verdik. Oyun planında xeyli artırsaq da, hələ də epizodlardan yararlana bilməmək problemini həll edə bilməmişik. Hamı Franko Nildonu günahkar sayırdı və qol şanslarını boşa verdiyi üçün onu ittiham edirdi. Amma gördüyünüz kimi günahkar tək Nildo deyil. Bu oyunda Nildo oynamadı, amma biz yenə çoxlu qol şansını boşa verdik”.

 

Toşakın fikrincə, “Xəzər Lənkəran”ın buraxdığı ikinci qol komandanı “sındırıb”: “Bu qolu adi səhvdən rəqibə hədiyyə etdik. Üstəlik, yorğunluq da öz sözünü dedi. Artıq itiriləsi xallarımız yoxdur. Evdə cəmi bir qələbəmizin olması məni həddən artıq məyus edir. Çalışıb səhvlərimizi tez bir vaxtda düzəltməliyik ”.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” - “Qarabağ” matçında ilk 2 qolu 22 və 64-cü dəqiqələrdə Reynaldo Silva vurub. 75-ci dəqiqədə Nikolas Gelaşvili yekun nəticəni müəyyənləşdirib. 83-cü dəqiqədə isə Etame Mbilla penaltidən fərqi azaltmaq imkanını qaçırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 989
avatar

Oxşar yazılar