Con Toşak: "Kişilər yeniyetmələrə qarşı oynayıb, qalib gəldilər" 
02 noyabr 2013 23:45 (UTC +04:00)

Con Toşak: "Kişilər yeniyetmələrə qarşı oynayıb, qalib gəldilər" 

“Kişilər yeniyetmələrə qarşı oynayıb, qalib gəldilər”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib. 


“Ağ-yaşıllar” Topaz Premyer Liqasının XII turunda əzəli rəqibi “Neftçi”nin qonağı oldu. 1:4 hesablı ağır məğlubiyyət alan cənub təmsilçisinin uelsli çalışdırıcı oyundan sonra təşkil edilən mətbuat konfransında futbolçularını günahlandırıb: “Çox bərbad çıxış etdik. Məndə olan məlumata görə, birinci qol ofsayddan vuruldu. Benouahi təkbətək çıxdığı epizodda ötürmə yox, topu qapıya vurmalı idi. Onun nə üçün ötürmə verdiyini anlamıram. Qapıçı ilə təkbətək çıxırsa, özü qol vurmalıdır Bu cür nəticələrlə I diviziona düşməsək yaxşıdır. Belə oynamağımızın səbəbini yeniyetmə futbolçularımızdan soruşmaq lazımdır. Komanda çox bərbad oynadı. Qapıçı ilə təkbətək epizodda qol vura bilmiriksə, nə deyim? Rasim Ramaldanov millinin üzvü olsa da, uşaq səhvləri edir. 11 metrlik cərimə zərbəsi epizodunda uşaq səhvi etdi. Milli komandanın oyunçusu gülməli vəziyyətdə qayda pozuntusuna yol verdi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1210
avatar

Oxşar yazılar