Çempionlar Liqasında 1/8 final mərhələsində növbəti cavab oyunları keçirilib.
APA-nın məlumatına görə, günün ikinci oyununda Londonda “Çelsi” PSJ-ni qəbul edib.
16-cı dəqiqədə PSJ hesabı açsa da Dieqo Kosta tezliklə hesabı bərabərləşdirib. Həlledici qolu isə 67-ci dəqiqədə PSJ-nin isveçli ulduzu Zlatan İbrahimoviç vurub.
Beləliklə, Paris klubu ilk görüşdəki kimi 2:1 hesablı qələbə qazanıb və növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, bundan əvvəl Portuqaliyanın “Benfika” klubu eyni hesabla Rusiya “Zenit”inə qalib gələrək ¼ finala çıxıb.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunu
“Çelsi” (İngiltərə) – PSJ (Fransa) - 1:2
Qollar: Dieqo Kosta, 27 - Robiot, 16, İbrahimoviç, 67
İlk oyun 1:2