Cavid Hüseynov döyüldüyü deyilən jurnalisti ziyarət etdi
09 avqust 2015 00:33 (UTC +04:00)

Cavid Hüseynov döyüldüyü deyilən jurnalisti ziyarət etdi

0

“Qəbələ”nin futbolçusu Cavid Hüseynov qohumları tərəfindən döyüldüyü iddia edilən jurnalist Rasim Əliyevi xəstəxanada ziyarət edib. Apasport.az saytına bu barədə “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı məlumat verib.

 

 

Döyülən jurnalistlə görüşdüklərini bildirən klub rəsmisi Rasim Əliyevin vəziyyətinin qənaətbəxş olduğunu deyib:

 

 

“Rasim Əliyevlə xəstəxanada görüşdük vəziyyəti qənaətbəxşdi. Həkimlə də görüşdük. Amma bir az araşdırmaya ehtiyac var və yəqin ki, buna sabah aydınlıq gələcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 660

Oxşar yazılar