Bundesliqada ilk baş məşqçi istefası
26 avqust 2013 17:21 (UTC +04:00)

Bundesliqada ilk baş məşqçi istefası

Futbol üzrə Almaniya Bundesliqasında ilk baş məşqçi istefası gerçəkləşib. Lent.az-ın məlumatına görə, “Ştutqart” klubu Bruno Labbadia ilə yollarını ayırıb.

 

47 yaşlı mütəxəssisin qovulmasına komandanın yeni mövsümə uğursuz başlaması səbəb olub. İlk 3 turda “Ştutqart” 1 xal da qazanmayıb və hazırda 17-ci pillədədir.

 

Qeyd edək ki, Bruno Labbadia “Ştutqart”a 2010-cu ilin dekabrında baş məşqçi təyin olunub. O, ilk mövsümdəcə komandanı Bundesliqada saxlaya bilib. Növbəti mövsüm isə “Ştutqart” Almaniya Kubokunda finaladək irəliləməyi bacarıb. Labbadia əvvəllər “Hamburq”, “Bayer”, “Qroyter Fürt” və “Darmştadt”da da çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645
avatar

Oxşar yazılar