Bruney şahzadəsi “Çelsi”ni “Lester”ə dəyişdi
16 mart 2016 01:53 (UTC +04:00)

Bruney şahzadəsi “Çelsi”ni “Lester”ə dəyişdi

“Çelsi”nin hücumçusu Faik Bolkia karyerasını “Lester”də davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 17 yaşlı hücumçu bu barədə özü instaqram hesabında yazıb.

 

Futbolçu 2 il “zadəganlar”ın sistemində yetişdikdən sonra “tülkülər”lə anlaşmasını belə şərh edib: “Şadam ki, “Lester”lə uzunmüddətli müqaviləyə imza atdım”.

 

ESPN-in iddiasına görə, “Lester”in skautları uzun müddətdi hücumçunu izləyirmiş və keçid üçün müsbət rəy veriblər.

 

Qeyd edək ki, Faik Bruney sultanı Ceffri Bolkianın qardaşı oğludu və şahzadə statusu daşıyır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 254
avatar

Oxşar yazılar