Boksçumuz dünya çempionatında mərhələ adladı
11 sentyabr 2019 17:43 (UTC +04:00)

Boksçumuz dünya çempionatında mərhələ adladı

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. 
 
APA-nın məlumatına görə, mundialın üçüncü günündə Azərbaycan millisinin daha bir üzvü mübarizəyə qoşulub. 
 
57 kq çəkidə qüvvəsini sınayan Tayfur Əliyev 1/32 final mərhələsində Tiaqo Puqno (İsveçrə) ilə üz-üzə gəlib. Döyüş təmsilçimizin asan qələbəsi ilə yekunlaşıb - 5:0 (30:27, 30:25, 30:26, 30:25, 30:26). 
 
T. Əliyev 1/16 finalda ilk mərhələdən azad olan türkmənistanlı Yazmurat Qurbanovla qarşılaşacaq. Görüş sentyabrın 15-də keçiriləcək. 
 
Qeyd edək ki, milli üzvlərindən Amin Kuşkov (75 kq) da 2 gün öncə ilk döyüşünü qələbə ilə başa vurub. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 853
avatar

Oxşar yazılar