Blatterdən ŞOK AÇIQLAMA: dünya çempionatı bir neçə ölkədə keçirilə bilər
09 noyabr 2013 18:22 (UTC +04:00)

Blatterdən ŞOK AÇIQLAMA: dünya çempionatı bir neçə ölkədə keçirilə bilər

0

2022-ci ildə baş tutacaq dünya çempionatı bir neçə ölkədə keçirilə bilər.

qol.az-ın "Sporx.com"a istinadən verdiyi məlumata görə, FİFA-nın prezidenti Sepp Blatter bu çempionata yalnız Qətərin deyil, bir neçə Orta Şərq ölkəsinin ev sahibliyi edə biləcəyini düşündüyünü deyib.

Dünya çempionatının oyunlarının bir qisminin İranda oynanılması ilə bağlı müsbət mənada fikirlər eşitdiyini bildirən Blatter bunun reallaşmasını mümkün hesab edib:

"Orta Şərqdə bir çox ölkələr dünya çempionatına ev sahibliyi etmək məsələsi ilə yaxından maraqlanır. Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) də bu ölkələrdən biridir. Yavaş-yavaş bu barədə danışıqlar olacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 982

Oxşar yazılar