Blatter və Platininin сəzaları azaldıldı
24 fevral 2016 22:18 (UTC +04:00)

Blatter və Platininin сəzaları azaldıldı

0

FİFA Apelyasiya Komitəsi aldıqları 8 il cəzaya etiraz edən və bunun endirilməsini tələb edən eks-prezident Yozef Platter və UEFA-nın eks prezidenti Mişel Platininin müraciətini qəbul edib.

 

Apasport.az saytının məlumatına görə, ali futbol qurumundan verilən açıqlamada hər iki funksioner haqqında verilən 8 il uzaqlaşdırma qərarı 6 ilə endirilib.

 

Cəzaların 8 oktyabr 2015-ci ildən hesablanacağı xatırlanarkən, Platininin 30 gün içində 80 min, Blatterin isə 50 min İsveçrə frankı ödəməli olduqları qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 317

Oxşar yazılar