Bədii gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatının son günü
13 oktyabr 2019 13:44 (UTC +04:00)

Bədii gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatının son günü

Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi və 6-cı bölgələrarası kuboku yarışlarının son günü başlayıb.
 
Bədii gimnastika üzrə bölgələrarası kuboku yarışlarının çərçivəsində "balacalar" yaş kateqoriyasında (2009-2011-ci il təvəllüdlü) idmançılar alətsiz və gürzlərlə çıxış edəcəklər, "yeniyetmələr" (2007-2008) yaş kateqoriyasında gimnastlar alətsiz və topla çıxış edəcəklər.
 
Yarışlar çərçivəsində "gənclər" (2004-2006) yaş kateqoriyasında olan bədii gimnastlar ip, top, gürzlər və lentlə cıxış edəcəklər.
 
Qeyd edək ki, oktyabrın 10-da bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib.
 
Dördgünlük yarışda gimnastlar "gənclər", "yeniyetmələr", "uşaqlar" və "balacalar" yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.
 
(Trend)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 997
avatar

Oxşar yazılar