Balotelli nazirlə görüş zamanı yatdı
11 sentyabr 2013 18:54 (UTC +04:00)

Balotelli nazirlə görüş zamanı yatdı

İtaliya milli komandasının ölkənin inteqrasiya naziri Sesile Kenqe ilə görüşünə Mario Balotelli getməyib. Lent.az-ın məlumatına görə, qalmaqallı hücumçu həmin vaxt yatırmış.

 

Sonradan Balotelli “Corriere dello Sport”a deyib: “Görüşdə iştirak vacib deyildi. Digər oyunçular kimi, mən də yatmışdım. Lakin məhz mənim yoxluğum böyük səs-küyə səbəb olub”.

 

Xanım Kenqe isə bildirib ki, qaradərili forvardı görmək istəsə də, onun yoxluğuna əsəbiləşməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 987
avatar

Oxşar yazılar