2015-ci il Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı əməliyyat şirkəti yaradılıb.
Lent.az-ın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.
O bildirib ki, BEGOC adlanan şirkətin CEO-su və 14 müxtəlif istiqamət üzrə departamentləri var. Onlardan biri də mətbuat üzrədir. Nazirin sözlərinə görə, xarici mütəxəssisin başçılıq edəcəyi sektorda yerli və təcrübəli media nümayəndələrinin də yer alacaq: “Sentyabrın axırınadək bu qurum tam formalaşacaq, bütün cavabdeh şəxslər müəyyənləşəcək. Bu işlərə sizin də dəstəyinizi gözləyirik”.